Lənkəranskinin qətlinə görə tutulan avtoritet Hacı Beyləqanski kimdir? - DOSYE » Memur.az

Lənkəranskinin qətlinə görə tutulan avtoritet Hacı Beyləqanski kimdir? - DOSYE

Lənkəranskinin qətlinə görə tutulan avtoritet Hacı Beyləqanski kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətli üzrə aparılan istintaq çərçivəsində Türkiyədə daha iki nəfər həbs edilib.
Məlumata görə, istintaqla bağlı şahid dindirmələri aparılıb.

Bu zaman Rövşən Lənkəranskinin yaxın adamlarından hesab edilən və hadisə günü onun yanında olan iş adamı Tahir C. şahid qismində polisə çağırılsa da, dindirilmədən sonra o saxlanılıb.

Ondan başqa polisə çağırılan digər şahid Hacıbaba adlı şəxsin barəsində də həbs qərarı çıxarılıb.

Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda "Qoca” ləqəbli kriminal avtoritet Əli Həmidovu qətlə yetirdiyi bilinib. Hacıbabanın Rusiyada 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyən edilib.

Lent.az məlumatda adı adıgedən Hacıbaba T.-nin kimliyinə aydınlıq gətirib. Bu şəxs, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğludur. Orta təhsillidir. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb. Onu “taclandıranlar” arasında Rövşən Lənkəranskiylə yanaşı Tariyel Oniani (Taro), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar iştirak edib.

Həmin gün Hacı Beyləqanski ilə bərabər daha 15 nəfərə qanuni oğru adı verilib ki, onlardan da biri Rufo Gəncinski (Ülfət Tağıyev) olub.


Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Lənkəranski də elə avqustun 18-də öldürülüb. Amma 3 il sonra.

**
10:18
Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyev (Lənkəranski) qətli üzrə aparılan istintaq çərçivəsində daha iki nəfər həbs edilib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyənin cinayət-axtarış şöbəsinin apardığı istintaqla bağlı şahid dindirmələri aparılıb.

Bu zaman Rövşən Lənkəranskinin yaxın adamlarından hesab edilən və hadisə günü onun yanında olan iş adamı Tahir C. şahid qismində polisə çağırılsa da, dindirilmədən sonra o saxlanılıb.

Ondan başqa polisə çağırılan digər şahid Hacıbaba adlı şəxsin də barəsində həbs qərarı çıxarılıb.

Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən “Qoca” ləqəbli kriminal avtoritet Əli Həmidovu qətlə yetirdiyi bilinib. Hacıbabanın Rusiyada 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyən edilib.

Bundan başqa Rövşən Canıyevin öldürülməsi ilə bağlı digər kriminal aləmin üzvləri bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.