Qasırğa 7 nəfərin ölümünə səbəb olub » Memur.az

Qasırğa 7 nəfərin ölümünə səbəb olub

Qasırğa 7 nəfərin ölümünə səbəb olubVyetnamın şimalında "Dianmua" a qasırğasının yol açdığı subasma və torpaq sürüşməsi nəticəsində ən azı 7 nəfər ölüb, 2 nəfər itkin düşüb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, torpaq sürüşməsi avqustun 19-da baş verib.

Nəticədə 44 ev dağılıb, 651 evə ziyan dəyib. Eyni zamanda 1500 evi su basıb, 2100 evin sakinlərinin təcili evakuasiyaya ehtiyacı var. Qasırğa 14 körpünü də dağıdıb.