18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var » Memur.az

18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var

18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.

Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.