Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər" » Memur.az

Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.