Daşkəsəndə ikimərtəbəli ev, Qusarda inzibati bina yanıb » Memur.az

Daşkəsəndə ikimərtəbəli ev, Qusarda inzibati bina yanıb

Daşkəsəndə ikimərtəbəli ev, Qusarda inzibati bina yanıb

Ötən gecə Daşkəsən və Qusarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Qazaxyolçular kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 144 kv.m sahədə və evə bitişik ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 7 km aralı) isə ümumi sahəsi 80 kv.m olan 3 otağlı inzibati binanın yanar konstruksiyaları və əşyaları yanıb. Sənədlər və seyf yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.