Azərbaycanda dəhşətli avtobus qəzasında 3 nəfər öldü, 12 nəfər yaralandı » Memur.az

Azərbaycanda dəhşətli avtobus qəzasında 3 nəfər öldü, 12 nəfər yaralandı

Azərbaycanda dəhşətli avtobus qəzasında 3 nəfər öldü, 12 nəfər yaralandı

13:55

"Sürücü hal-hazırda dindirilir.

Ölənlərdən ikisi Mingəçevirdə yaşayan qaçqındır. Yaralılardan ikisi qaçqın, biri hərbçidir".

Milli.Az bildirir ki, bu məlumatı millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində paylaşıb.

----------
13:40

Mingəçevir Rayon Polis Şöbəsindən Anspress-ə verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.

Qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub.

İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Millət vəkili Aydın Mirzəzadə qəza barədə Facebook sosial şəbəkəsində yazıb. Millət vəkili ölən və yaralıların sayının artmadığını bildirib. Onun sözlərinə görə, qəza zamanı avtobusda 25 sərnişin olub. Avtobusun sürücü isə xəsarət almayıb.

---------
12:50

Milli.Az bildirir ki, bu gün səhər saatlarında Mingəçevirdə baş vermiş dəhşətli qəza barədə yeni məlumatlar üzə çıxıb.

Sərnişin avtobusu "Jiquli" ilə toqquşarkən içində 25 nəfər olub.

Bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi facebook səhifəsində bildirib: "Mingəçevirlə əlaqə saxladım, şəhər polis şöbəsinin rəisi və baş həkimin müavini ilə daim telefon əlaqəsindəyəm.

Çox şükür ki, hələ ki, ölən və yaralananların sayı artmayıb. 10 yaralı xəstəxanadadır, onlardan dördü əməliyyat edilib, dördü reanimasiyada, ikisi də palatadadır. Bunlardan əlavə, 7 nəfər yüngül xəsarət alan sərnişin lazımi tibbi yardım alaraq evə buraxılıb.

Bütün tibb personalı ayaq üstədir, şəhərdə və yaxın rayonlarda yaşayan Mingəçevir həkimləri hadisə olandan xəstəxanalardadırlar.

Avtobusda 25 nəfərə qədər sərnişin olub, cavan oğlan olan sürücüyə xasarət dəyməyib.

Avtobusun qarşısındakı "QAZ-31" markalı avtomobil birdən dayanıb, avtobus toqquşmadan qaçmaq üçün o biri yola çıxıb, sürəti yığışdıra bilməyib və aşıb".

--------
10:53

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qeydə alınıb.

8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.