Azərbaycanlı uşaq 10-cu mərtəbədən düşərək öldü » Memur.az

Azərbaycanlı uşaq 10-cu mərtəbədən düşərək öldü

Azərbaycanlı uşaq 10-cu mərtəbədən düşərək öldüRusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada 6 yaşlı uşaq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirib.

Memur.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 25-i axşam saatlarında baş verib. Altı yaşlı uşağın meyiti Ufanın Kirov rayonunda yerləşən binanın aşağısında aşkar edilib.

Hadisə uşaq otaqda tək olarkən baş verib. 30 yaşlı ana uşağı otağında tək qoyub. Eyni zamanda otağın pəncərəsi havanın dəyişdirilməsi məqsədi ilə açıq olub. Bir müddət sonra otaqdakı səssizlik qadının diqqətini çəkib və o, otağa qaçıb. Ana uşağı otaqda görmədikdə bədbəxt hadisənin baş verdiyini başa düşüb və aşağı qaçıb. Həkimlər uşağın öldüyünü təsdiq ediblər.

Faktla bağlı yoxlama aparılır. Uşağı nəzarətsiz qoyduğuna görə, ana məsuliyyətə cəlb edilə bilər.

Ailənin Rusiyaya Azərbaycandan gəldiyi bildirilir.