Bakıda oğru polisi bıçaqladı – YENİLƏNİB » Memur.az

Bakıda oğru polisi bıçaqladı – YENİLƏNİB

Bakıda oğru polisi bıçaqladı – YENİLƏNİBDİN məlumat yaydı.

Bakıda oğurluq etmək istəyən şəxs polisi bıçaqlayıb.

DİN-dən Memur.Az-a daxil olan məlumata görə, martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Belə ki, Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstəriblər.

Hadisə zamanı onlar Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.

Nəsimi RPİ 19-cu PB-yə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

12:30

Bakıda oğurluq etmək istəyən şəxs polisi bıçaqlayıb.

Memur.Az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Moskva prospekti 78 ünvanında qeydə alınıb.

Laçın rayon sakini Ayxan Səfərov və Abşeron rayon sakini Yalçın Cəfərov Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd edərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar.

Bu zaman Y. Cəfərov bıçaqla polis əməkdaşına xəsarət yetirib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin həmin gün A.Məhərrəmov küçəsi ev 33 “B”nin qarşısında Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

E.Ə.