Bakıda 400 minlik dələduzluq » Memur.az

Bakıda 400 minlik dələduzluq

Bakıda 400 minlik dələduzluqŞadlıq sarayını satıb pulunu ala bilmir.

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib.

Bu barədə Memur.az Report-a istinadən xəbər verir.

Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.