“Golden Travel” MMC-nin direktoru barəsində cinayət işi başlanıb » Memur.az

“Golden Travel” MMC-nin direktoru barəsində cinayət işi başlanıb

“Golden Travel” MMC-nin direktoru barəsində cinayət işi başlanıb

“Golden Travel” MMC-nin direktorunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı “Delta Group” MMC-nin subagent qismində əməkdaşlıq etdiyi və müqavilə əsasında aviadaşıma biletlərinin satışı hüququ verdiyi “Golden Travel” MMC-nin direktoru Fariz Əhmədovun 2012-2014-cü illərdə aviadaşıma biletlərinin satışından əldə etdiyi etibar edilmiş özgə əmlakının 91 min manatını mənimsəmə və ya israf etmə yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.