22 yaşlı Nizaməddinin yerini bilənə PUL VERİLƏCƏK » Memur.az

22 yaşlı Nizaməddinin yerini bilənə PUL VERİLƏCƏK

22 yaşlı Nizaməddinin yerini bilənə PUL VERİLƏCƏK

Qaxda 22 yaşlı oğlan dörd ilə yaxındır itkin düşüb.

Memur.Az "Report"a istinadən xəbər verir ki, Qax rayonu, Cəlayir kəndində yaşayan 1994-cü il təvəllüdlü Nizaməddin Oğulbəy oğlu Yəhyayev 9 oktyabr 2012-ci il tarixdən evdən çıxıb və bir daha geri qayıtmayıb. Nizaməddin Yəhyayevin əqli cəhətdən problemi var.

Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Axtarış üzrə əməliyyat müvəkkili Vasif Bəşirlinin sayta verdiyi məlumata görə, gənc oğlan sonuncu dəfə 2014-cü ilin yaz aylarında Tərtər şəhərinin bazar ətrafında görünüb. Orta yaşlı bir kişi onu şəhərdə yerləşən bərbərxanaya gətirib və daha sonra Nizaməddinlə birgə oradan uzaqlaşıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun axtarışları hələ də davam edir.

22 yaşlı Nizaməddinin yerini bilənə PUL VERİLƏCƏK

Nizaməddin Yəhyayevi görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur6

Tel: 050 379 19 29

Qax Rayon Polis Şöbəsi: 02425 5 23 52

22 yaşlı oğlanın yerini bildirənə ailəsi tərəfindən 500 manat pul mükafatı veriləcək.