"İkarus"un vurduğu piyada 10 gün sonra öldü » Memur.az

"İkarus"un vurduğu piyada 10 gün sonra öldü

"İkarus"un vurduğu piyada 10 gün sonra öldüBakıda avtobusun vurduğu piyada dünyasını dəyişib.

Memur.Az bildirir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 28-də Səbail rayonunun Badamdar şosesində Bakı şəhər sakini Mehman Əsədov idarə etdiyi "İkarus" markalı avtobusla yolu keçən paytaxt sakini İstafil Xankişiyevi vurub. Xəstəxanaya yerləşdirilən İ. Xankişiyev fevralın 5-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.