Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb » Memur.az

Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb

Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıbBakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb.

Memur.Az lent.az-a istinadən məlumatına görə, Badamdar sakini, 1977-ci il təvəllüdlü Vəliyev Nizami Qurban oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq yataq otağına daxil olub. Otaqdakı dolabdan ümumi dəyəri 5 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb.

Müraciət əsasında araşdırma aparılır.