İki avtomobil toqquşdu, 14 nəfər öldü » Memur.az

İki avtomobil toqquşdu, 14 nəfər öldü

İki avtomobil toqquşdu, 14 nəfər öldüCənubi Afrika Respublikasının (CAR) Limpopo əyalətində yük avtomobilinin "pikap" tipli avtomobillə toqquşması nəticəsində 14 nəfər ölüb.

APA-nın ANA agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən biri uşaqdır.

Polisdən bildirilib ki, qəza Mokopane və Mokqoponq şəhərləri arasındakı şossedə baş verib.

Yük avtomobilinin sürücüsü və "pikap"da olan iki nəfər müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. "Pikap"ın sürücüsü də qəzada sağ qalıb.

Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.

İnsident araşdırlır.