Bakıda nənə və nəvəni maşın vurub » Memur.az

Bakıda nənə və nəvəni maşın vurub

Bakıda nənə və nəvəni maşın vurub

Biri ölüb, digəri xəsarət alıb.

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Memur.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.