Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu » Memur.az

Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu

Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Memur.az xəbər verir ki, Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb.

9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.

A. Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.