Düz bağırsağında Azərbaycana 43 qram heroin keçirmək istədi » Memur.az

Düz bağırsağında Azərbaycana 43 qram heroin keçirmək istədi

Düz bağırsağında Azərbaycana 43 qram heroin keçirmək istədi

DGK məlumat yaydı.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ayrı-ayrı vaxtlarda İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Memur.Az-a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran vətəndaşı Aghazadeh Mohammad Abolfazlın üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 2,35 qram olan həşiş qətranı, Azərbaycan vətəndaşı Vüqar Quliyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) üç ədəd bükümdə, ümumi xalis çəkisi 43,4 qram olan heroin aşkar edilib.

Bundan başqa, Azərbaycan vətəndaşı Tahir Hüseynovun idarə etdiyi “Mercedes Benz Actros” markalı yük avtomobilində xidməti itin tətbiqi ilə baxış zamanı avtomobilin kabinəsində xalis çəkisi 0,405 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Bütün faktlarla bağlı araşdırma aparılır.