Yay vaxtına keçiləcək tarix açıqlandı » Memur.az

Yay vaxtına keçiləcək tarix açıqlandı

Yay vaxtına keçiləcək tarix açıqlandı

Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək
Standartlaşma və Metrologiya üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir:

“Bu il də martın 29-da gecə saat 4.00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək”.

Komitədən, həmçinin bildiriblər ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.