Prezident İlham Əliyev bir sıra görüşlər keçirib » Memur.az

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.
Memur.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirildi, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulandı, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.