Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılacaq » Memur.az

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılacaq

Azərbaycan prezidenti kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılacaq.

Nazirlər Kabineti isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” prezidentin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10 milyon manat nəzərdə tutmalı, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.