Sürücülərin nəzərinə: dəyişikliklər qüvvəyə mindi » Memur.az

Sürücülərin nəzərinə: dəyişikliklər qüvvəyə mindi

Sürücülərin nəzərinə: dəyişikliklər qüvvəyə mindi

İnzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə minib. Lent.az-ın məlumatına görə, qanuna aşağıdakı məzmunlu dəyişikliklər edilib:

1. 429-5.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Bu Məcəllənin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.”;
2. 429-6.2.2-ci maddəyə “yer” sözündən sonra “və vaxt” sözləri əlavə edilsin;
3. 451.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir.”.

Qeyd edək ki, Məcəlləyə bir neçə gün əvvəl digər dəyişikliklər də edilmişdi: Həmin dəyişikliklər isə bunlardır:
1. 84-cü maddə üzrə:
1.1. 3-cü bənddən “, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri çıxarılsın;
1.2. 6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;”;
1.3. aşağıdakı məzmunda 6-2-ci bənd əlavə edilsin:
“6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;”.
2. 85-ci maddə üzrə:
2.1. 2-ci bəndin ikinci abzasından “və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda” sözləri çıxarılsın;
2.2. 5-ci bənd ləğv edilsin;

2.3. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”;
2.4. aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:
“13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.”.
3. 85-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar haqqında işlər üzrə icraat

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir”.