Tələbə qız evində kirayə qaldığı qadını öldürdü » Memur.az

Tələbə qız evində kirayə qaldığı qadını öldürdü

Tələbə qız evində kirayə qaldığı qadını öldürdü

Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.

Memur.az oxu.az-a istinadən bildirir ki, Sumqayıt şəhər prokuraturasının məlumatına görə, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Firudin qızı öz evində qətlə yetirilib.
Haqqın.az məlumat verir ki, yaşlı qadına başından bir neçə bıçaq zərbələri endirilib.

Cinayətdə şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərqiyyə Ramazanova saxlanılıb. Gənz qız özü polisə zəng vuraraq etiraf edib.

Məlumata əsasən Şərqiyyə Ramazanova Sumqayıt Dövlət universitetinin 4-cü kurs tələbəsi idi. O Səmayə Nəcəfovaya məxsus evdə kirayə qalırdı.

Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.