Sumqayıtlının evindən 1 kq heroin çıxdı - FOTO » Memur.az

Sumqayıtlının evindən 1 kq heroin çıxdı - FOTO

Sumqayıtlının evindən 1 kq heroin çıxdı - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rasim Qarayevin (1984-cü il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Memur.Az oxu.az-a istinadən bildirir ki, bu il mayın 14-də Sumqayıt ş. Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında, əvvəllər məhkum olunmuş Rasim Qarayevi saxlayaraq, üzərindən 9,715 qram, yaşadığı evinə baxış zamanı isə əlavə 1,15 kiloqram heroin aşkar ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sumqayıtlının evindən 1 kq heroin çıxdı - FOTO