"Mercedes" aşdı: bir ailənin 3 üzvü yaralandı » Memur.az

"Mercedes" aşdı: bir ailənin 3 üzvü yaralandı

"Mercedes" aşdı: bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

İmişli rayon sakininin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.