Bakıda idarəni yardılar » Memur.az

Bakıda idarəni yardılar

Bakıda idarəni yardılar

Bakıda Qaz İdarəsinin pəncərəsi sındırılaraq oğurluq edilib.

Memur.Az-ın verdiyi xəbərə görə, hadisə Salyan yolu 13-də yerləşən binada baş verib.
Səbail Rayon Qaz İstismar İdarəsinin 1 saylı xidmət sahəsinin inzibati binasında pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla binaya daxil olublar. Naməlum şəxslər bundan sonra binada yerləşən E-manat ödəmə aparatını sındırıblar. Onlar aparatın kassasından 303 manat pul oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.