Məktəb direktoru qadağa qoyub » Memur.az

Məktəb direktoru qadağa qoyub

Məktəb direktoru qadağa qoyub

Xırdalan şəhər 1 saylı tam orta məktəbin direktoru şagirdlərə iş dəftəri, qiymətləndirmə və testlərdən istifadəyə qadağa qoyub.

Məktəbin direktoru Kəmalə xanım bu barədə mətbuata açıqlama verməyərək, direktor mənəm qadağanı mən qoyuram deməklə kifayətləndi.

Görəsən, Təhsil Nazirliyinin icazəsi ilə çap edilən iş dəftərlərinin istifadəsinə qadağa qoymaq səlahiyyətini, Kəmalə xanıma kimlər hansı əsasla həvalə edib. Nazirliyin bu cür rəsmi tapşırığı olmadan öz səlahiyyətlərindən kənara çıxan direktor bunun tutduğu vəzifədən sui-istifadə olduğunun fərqində deyilmi. Vəzifədən sui-istifadə Azərbaycan Respublikası qanunlar toplusunda, Millətə və dövlətə qarşı cinayətlər məcəllələrinə aiddir.

İbtidai siniflərdə, hazırki vəziyyətdə iş təfdərindən istifadə vacibdir. Şagirdlərin bu yolla öz biliklərini artırması lazım olduğu halda, Kəmalə xanım Təhsil Nazirliyinin tövsiyələrinin əksinə gedərək öz qayda qanunlarını yaratmaqdadır.

Abşeron rayon Təhsil Şöbəsinin rəhbərliyi bu hadisədən xəbərsizdir. Mətbuat xidməti isə bu faktları danır. Biz mətbuat olaraq, bu qadağaların səbəblərin araşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və əlaqədar təşkilatlara müraciət etmək qərarına gəldik. Yaxın günlərdə Təhsil Nazirliyinin rəsmi olaraq verəcəyi cavabı cəmiyyətə çatıracağıq.