Bakı-Quba yolunda avtomobil aşıb, ölən var » Memur.az

Bakı-Quba yolunda avtomobil aşıb, ölən var

Bakı-Quba yolunda avtomobil aşıb, ölən var

Ötən gecə axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, magistralın 52-ci kilometrliyində Əli Cəbrayılovun idarə etdiyi 90 MK 122 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətdən ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.