Aksiz markasız mallar satanı 2 ilədək həbs gözləyəcək » Memur.az

Aksiz markasız mallar satanı 2 ilədək həbs gözləyəcək

Aksiz markasız mallar satanı 2 ilədək həbs gözləyəcək

Azərbaycanda aksiz markalanmalı olan malların belə marka olmadan nağd qaydada alqı-satqısı cinayət məsuliyyəti yaradacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 2013-1.-ci maddəsinə əlavələr təklif edilir.

Əlavəyə görə, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan "xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə" sırasına "belə məhsulların nağd qaydada alqı-satqısı" məsuliyyəti də əlavə edilir. Xatırladaq ki, bu maddəyə uyğun olaraq əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunur.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.