Sərxoş sürücü maşını "Qazel"ə çırpdı » Memur.az

Sərxoş sürücü maşını "Qazel"ə çırpdı

Sərxoş sürücü maşını "Qazel"ə çırpdı

Göyçay rayonunun Mehdi Hüseynzadə küçəsində yol qəzası qeydə alınıb. Memur.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, "Qazel" markalı yük avtomobili ilə "VAZ 21015" markalı minik maşını toqquşub.

Rayon sakini Asif Məmmədovun idarə etdiyi "Qazel" qarşıdan gələn, rayonun Çərəkə kənd sakini Vüqar İsmayılovun idarə etdiyi "VAZ-21015"ə çırpılıb. Nəticədə "VAZ-21015"in sürücüsü Vüqar İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb kimi Vüqar İsmayılovun minik maşınını sərxoş idarə etməsi və qarşıdan gələn avtomobilin yoluna çıxması göstərilir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.