Bakıda 1 yaşlı uşaq bağlı qapı arxasında qalıb » Memur.az

Bakıda 1 yaşlı uşaq bağlı qapı arxasında qalıb

Bakıda 1 yaşlı uşaq bağlı qapı arxasında qalıb

Oktyabrın 13-də Bakı şəhəri, Xətai rayonunda 1 yaşlı uşaq yaşadığı evdə bağlı qapı arxasında qalıb.

Memur.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq, azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:51-də başa çatıb.