"KamAZ" aşıb, sürücü yaralanıb » Memur.az

"KamAZ" aşıb, sürücü yaralanıb

"KamAZ" aşıb, sürücü yaralanıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 243-cü kilometrliyində, Ağdaş rayonu ərazisində yol qəzası baş verib. Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, mişar daşı ilə dolu olan "KamAZ" markalı yük maşını avtomagistraldan çıxaraq aşıb. Mingəçevir şəhər sakini Feruz Qəmbərovun idarə etdiyi avtomobilin aşması nəticəsində yük yerindəki mişar daşları yola dağılıb. Hadisə zamanı sürücü ağır yaralanıb.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Feruz Qəmbərov ambulator müayinədən sonra evə buraxılıb. Məlumata görə, qəzaya yağışlı havada minik avtomobilinin qəflətən yük maşınının qarşısına çıxması səbəb olub. Nəticədə "KamAZ"ın sürücüsü idarəetməni itirib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.