Kür çayında 13 yaşlı uşağın meyiti tapıldı » Memur.az

Kür çayında 13 yaşlı uşağın meyiti tapıldı

Kür çayında 13 yaşlı uşağın meyiti tapıldı

Dörd gün əvvəl Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu il sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə batmış 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb.

T.Əhmədlinin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 10 km aralıda, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:48-də başa çatıb.