Yol Polisindən “Xırdalan postunda" aparılan əməliyyata rəsmi reaksiya » Memur.az

Yol Polisindən “Xırdalan postunda" aparılan əməliyyata rəsmi reaksiya

Yol Polisindən “Xırdalan postunda" aparılan əməliyyata rəsmi reaksiya

Kamran Əliyev: "Həyata keçirilən yoxlamaların məqsədi sərxoş sürücülərin müəyyən edilməsidir"

Baş Dövlət Yol Polisi İdarəsi "Xırdalan postunda" aparılan əməliyyatlara münasibət bildirib. İdarənin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin avtolent.az-ın sorğusuna cavabında qeyd edib ki, ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi, həmçinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi mütəmadi iş aparır.

Həyata keçirilən yoxlamaların məqsədi sərxoş sürücülərin müəyyən edilməsi, axtarışda olan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlıdır. Yol polisi bütün respublika ərazisində, o cümlədən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın girişindəki Ekologiyaya Nəzarət Yol Patrul Bölüyünün stasionar postunda fevralın 8-də reyd həyata keçirilib. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 3 sürücü saxlanılıb və onların barəsində müvafiq tədbir görülüb. Xəbər verdiyimiz kimi, bir neçə gündür Baş Dövlət Yol Polisi İdarəsi "Xırdalan postu" kimi tanınan Ekologiya Postunda əməliyyat keçirir. Hadisə şahidlərinin sayta verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.