Cavid Qurbanov ixtisar aparır? » Memur.az

Cavid Qurbanov ixtisar aparır?

Cavid Qurbanov ixtisar aparır?

“Cavid müəllim hazırda ayrı-ayrı müəssisələrdə olur, işçilərlə görüşür, tövsiyə və tapşırıqlar verir, getdiyi idarənin vəziyyətinə baxır. Hazırda bu işlər görülür”.

Bu haqda Modern.az-a Azərbaycan Dövlət Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, yeni sədr təyin olunduğu gündən hər hansı struktur dəyişikliyi olmayıb: “Yeni təyin olunduğu gündən etibarən Cavid Qurbanov müxtəlif işlər görür. Bununla bağlı sonra geniş açıqlama verəcək.

Hazırda heç bir struktur dəyişikliyi yoxdur. Hər şey əvvəl olduğu kimidir, işçilər də yerindədir, heç kim vəzifəsindən kənarlaşdırılmayıb. Bəziləri səhv anlayaraq yazmışdılar ki, kollegiya iclasında kimlərsə ixtisara düşəcək. Biz açıqlama verdik ki, kollegiya iclası keçiriləcək. Amma kollegiya iclası hələ olmayıb. Sadəcə, gündəlik işlərlə bağlı iclas keçirilib və işçilərə məlumat verilib”.

Cavid Qurbanov bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, bu vəzifəyə qədər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.