Ekspert: "Bunun bir adı var: hoqqabazlıq” » Memur.az

Ekspert: "Bunun bir adı var: hoqqabazlıq”

Ekspert: "Bunun bir adı var: hoqqabazlıq”

“Bakı-Sumqayıt yoluna 110 km/saat sürət qoymanın bir adı var: hoqqabazlıq”

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün Ceyrənbatan yaxınlığında baş verən ağır yol qəzasına səbəb kimi üç nüansı qeyd edib.

Musavat.com-un məlumatına görə, Ə.Hüseynov sosial şəbəkələki şəxsi səhifəsində bildirib ki, baş verən qəzanın təfərrüatları tam aydın olasa da, ən azı 3 çox ciddi təhlükənin burada rolu var:”

1. Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşənə bənzər mikroavtobusların əksər sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti "Şumaxer"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.

2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir. Üstəlik bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.

3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "qorumaq" olan metal sədlər real ölüm təhlükəsi doğurur. Çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var”.