Həbsdən azad olan iş adamı Heydər Əliyevin məzarını ziyarət etdi (R) » Memur.az

Həbsdən azad olan iş adamı Heydər Əliyevin məzarını ziyarət etdi (R)

Həbsdən azad olan iş adamı Heydər Əliyevin məzarını ziyarət etdi (R)

Xəbər verildiyi kimi, ötən həftə azadlığa buraxılan tanınmış iş adamı Müqayis Verdiyev məhkəmə qərarı ilə bəraət alıb. JAM.AZ xəbər verir ki, «Goranboy işi»nə görə həbs olunmuş, 9,6 il azadlıqdan məhrum edilmiş Verdiyevin heç bir günahı olmadığı aşkarlanıb və Gəncə Apellyasiya Məhkəməsi onu azadlığa buraxıb.

Ötən gün iş adamı dövlətə və dövlətçiliyə sadiq olduğunu bir daha nümayiş etdirmək məqsədi ilə Fəxri Xiyabana üz tutaraq, mərhum prezident Heydər Əliyev və onun həyat yoldaşı, mərhumə Zərifə Xanım Əliyevanın məzarlarını ziyarət edib. Müqayis Verdiyev bununla bağlı JAM.AZ-a bildirib ki, onun ziyarəti bilavasitə vəzifə və insanlıq borcudur. «Mən hər zaman Ulu Öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Dövlətə və dövlətçiliyə sadiq biri olmuşam. Və bundan sonra da fikrim heç bir zaman dəyişməyəcək. Ona görə də, Ulu Öndərin məzarını ziyarət etmək mənim vəzifəm və borcum idi».

Bu gün Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bildirən Verdiyev bundan sonra da, məqsədindən dönməyəcək.