Toyda şəkil çəkdirməyə görə döyüldü » Memur.az

Toyda şəkil çəkdirməyə görə döyüldü

Toyda şəkil çəkdirməyə görə döyüldü

Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

Rayonun Dəstəfur kənd sakini, 1967-ci il təvəllüdlü Babək Sadıqov qapalı kəllə-beyin travması, alın-təpə nahiyəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin xəsarəti əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. B. Sadıqov bildirib ki, kənddə keçirilən toy mərasimində şəkil çəkdirmək üstündə dava düşüb və bir neçə nəfər onu döyüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.