Qafqazın ən güclü ordusu Ermənistanı təşvişə salıb » Memur.az

Qafqazın ən güclü ordusu Ermənistanı təşvişə salıb

Qafqazın ən güclü ordusu Ermənistanı təşvişə salıb

Hərbi ekspert: “Sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş qabiliyyəti ən ciddi şəkildə yoxlanılacaq”

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində və iki ölkənin sərhədindəki gərgin vəziyyət ATƏT-i də hərəkətə keçməyə vadar edib. Ötən həftə cəbhə xəttində monitorinq keçirən qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu həftə Bakıya gələcək.

Azərbaycan ordusunun genişmiqyaslı, on minlərlə şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməsi, üstəlik, Türkiyə və Azərbaycanın hərbi hava qüvvələrinin birgə təlimləri Bakının savaş hazırlıqlarında olması qənaətini gücləndirməkdədir. Bu arada Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərinin evakuasiya olunması, düşmən ölkənin döyüş şəraitində mülki əhalini İrəvan ətrafına köçürməyin variantlarını nəzərdən keçirməsi Azərbaycanın Qarabağı qaytarmaq üçün son qərarı verməyə hazırlaşdığı barədə təxminləri artırır.

Bu ərəfədə Azərbaycan və Ermənistan ordularının müqayisəli təhlili də verilir. Hərbi yeniliklər üzrə ixtisaslaşan Amerikanın “Global Firepower” portalı dünyanın ən güclü ordularının növbəti reytinq siyahısını dərc edib. “Global Firepower”in mütəxəssislərinin fikrincə, Cənubi Qafqazda ən güclü ordu Azərbaycanındır. Azərbaycan siyahıda döyüş gücünə görə 63-cü yerdədir. Gürcüstan 75-ci, Ermənistan isə 74-cü yerdədir.