Nazir müavininin xeyir işində faciə » Memur.az

Nazir müavininin xeyir işində faciə

Nazir müavininin xeyir işində faciə

Rusiyadan gələn şəriki nişan mərasimində qəfil dünyasını dəyişib

Dünən xəbər vermişdik ki, Bakıda yerləşən «Ərzurum» şadlıq sarayında keçirilən toy mərasimində faciə baş verib. JAM.AZ xəbər verir ki, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Əkbər Mustafa oğlu mərasim zamanı dünyasını dəyişib. Qonaq qismində toyda iştirak edən şəxsin şadlıq sarayında ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Qeyd edək ki, bu, Bakı toylarında baş verən ilk faciəvi hadisə deyil. JAM.AZ-a verilən məlumata görə, analoji hadisələrdən biri bu yaxınlarda «Bulvar Otel»də baş verib. Həmin məlumatda deyilir ki, Müdafiə Sənayesi nazirinin müavinlərindən birinin övladının nişan mərasimində Rusiyadan gəlmiş qonaq qəfil ürək tutmasından dünyasını dəyişib.

İddia edilir ki, dünyasını dəyişmiş həmin şəxs nazir müavininin biznes ortağıymış və o şərikinin övladının nişan mərasiminə qatılmaq üçün Bakıya gəlibmiş.

Həmin nazir müavininin kimliyi bizə açıqlansa da, məsələ ilə bağlı dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunacaq.