İndoneziya sahillərində güclü zəlzələ baş verib
hadise
4-02-2025, 09:19
52

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:35-də (Bakı vaxtı ilə 01:35) təxminən 101 min əhalisi olan Ternate şəhərindən 260 km şimalda qeydə alınıb.
Zəlzələ ocağı 101 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.