Paytaxtda bir gecədə iki piyada avtomobillə vurulub » Memur.az

Paytaxtda bir gecədə iki piyada avtomobillə vurulub

Paytaxtda bir gecədə iki piyada avtomobillə vurulub

Bakının Nizami rayonunda 2 piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bəkir Çobanzadə küçəsi 59 ünvanının qarşısında yolu keçmək istəyən piyada 61 yaşlı Mahmudov Əli İskəndər oğlunu avtomobil vurub. Piyadanı vuran sürücünün idarə etdiyi avtomobillə hadisə yerini tərk etdiyi deyilir. Yaralı isə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb.

Piyadanın vurulması ilə nəticələnən digər bir avtoqəza isə metronun Neftçilər stansiyasının yaxınlığında baş verib. Bu dəfə də köməyə Təcili tibbi yardım xidməti çatıb və şəxsiyyəti hələlik müəyyən edilməyən yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlər ona da lazımi tibbi yardım göstərib. Onun vəziyyəti hazırda ağır olaraq qalır.

Hər iki yol qəzası ilə bağlı Nizami rayon polis idarəsində araşdırma aparılır.