Nazirliyin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi » Memur.az

Nazirliyin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

Nazirliyin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

Baş Prokurorluq məlumat yayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, həmin müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdirii Tahir Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi aşkarlanıb. T. Mehdiyev sonradan şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu bu il fevralın 12-də xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb və T.Mehdiyevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.