39 yaşlı Astara sakini toyda oynayıb, ölüb » Memur.az

39 yaşlı Astara sakini toyda oynayıb, ölüb

39 yaşlı Astara sakini toyda oynayıb, ölüb

Astara sakini toyda keçinib. ANS PRESS-in məlumatına görə, rayonun Şahağacı kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun yaxınlarının toy sevincinə şərik olmaq istəyi ona baha başa gəlib.

Samid toyda oynayarkən qəfildən halı pisləşib və elə ordaca dünyasını dəyişib. Rusiyada ağır böyrək əməliyyatı və iki dəfə infarkt keçirən mərhumun ürək tutmasından dünyasını dəyişdiyi deyilir.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.