Ermənistan ordusunda ağır itki: 2 əsgər öldü » Memur.az

Ermənistan ordusunda ağır itki: 2 əsgər öldü

Ermənistan ordusunda ağır itki: 2 əsgər öldü

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Nazirlikdən verilən məlumata görə, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə "diversantlar” görsənir:

"Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib".

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin cəbhədə itki verdiyi ilə bağlı malumatlar yayıb