Livandan İsrailə 50 raket atılıb » Memur.az

Livandan İsrailə 50 raket atılıb

Livandan İsrailə 50 raket atılıbLivandan İsrail ərazisinə 50 raket atılıb, onlardan bəziləri məhv edilib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Yuxarı Qaliley bölgəsində hava hücumu ilə bağlı siqnallar işə düşdükdən sonra Livandan İsrail ərazisinə 50-yə yaxın raketin uçduğu görülüb. Belə ki, onlardan bəziləri havada məhv edilib, bəziləri isə boş əraziyə düşüb.

Qeyd edək ki, İsrailin Qəzza sektorunda başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. İsrail həm Qəzzada “HƏMAS”a qarşı, həm də Livandakı “Hizbullah” təşkilatına qarşı əməliyyatlar həyata keçirir.