Bakının tanınmış təhsil ocağında rüşvət iddiası » Memur.az

Bakının tanınmış təhsil ocağında rüşvət iddiası

Bakının tanınmış təhsil ocağında rüşvət iddiası

Bakının tanınmış təhsil ocağının adı rüşvət yığılmasında hallanır. Bakı Sənaye Pedaqoji Kollecində tələbələrdən pul almaq üçün onlar müxtəlif üsullarla hədələnir
Belə bir iddia ilə Milli.Az-a elə həmin kollecin tələbələri müraciət ediblər. Bildirirlər ki, kollecdə müəllim özbaşınalıqları baş alıb gedir. Müəllimin tələbəyə qiymət yazması üçün 10, 20 manat pul alması, verməyən tələbə isə imtahandan kəsməsi ilə hədələnir. Yazılan inşalar bəyənilmir və tələbələrdən 20-30 manat alırlar. Tələbələr belə halların qarşısının alınması üçün tədbir görülməsini xahiş edirlər.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Fərhad Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, müəllimlərin tələbədən pul alması barədə məlumatsızdır, eşitməyib. Direktor müavininin sözlərinə görə, şəxsən ona heç bir müraciət olunmayıb: “Tələbələrin şikayəti olarsa, bizə müraciət etsinlər. Ola bilsin, digər müavinlərə şikayət edilib. Müraciət olunarsa, isti-isti araşdırılır və yoluna qoyulur. Son vaxtlar isə bu tipli müraciətlər yoxdur”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Milli.Az-a bildirdi ki, şikayət araşdırılandan sonra qısa müddətdə cavablandırılacaq.