Tanınmış hüquq müdafiəçisi təhdid olunur » Memur.az

Tanınmış hüquq müdafiəçisi təhdid olunur

Tanınmış hüquq müdafiəçisi təhdid olunur

Vidadi İsgəndərlinin başına gətirilənlər Almaniya parlamentinə müzakirəyə çıxarılacaq

Tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli bir aya yaxındır gizli nömrələrdən zəng olunaraq, təhdid edilir. Bu barədə JAM.AZ-a hüquq müdafiəçisinin yaxınları məlumat veriblər.

Məlumatda deyilir ki, təhdid edənlərin kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Amma onun yaxınları düşünürlər ki, bu təhdidlər son bir aya yaxındır İsgəndərlinin hüquqlarını müdafiə etdiyi Riyad Əliyevlə bağlıdır.

Onların bildirdiyinə görə, Vidadi İsgəndərli artıq bir aya yaxındır Riyad Əliyevin hüquqlarını qoruyur. Belə ki, o, Əliyevin qarşıdan gələn parlament seçkilərində namizəd kimi iştirakının təmin olunması, onun əlindən Təfəkkür Universitetinin payçılığın əlindən alınması və İnterpol tərəfindən axtarışa verilməsi məsələləri ilə bağlı hüquqlarını müdafiə edir.

JAM.AZ-a məlumat verən yaxınları bildiriblər ki, bir neçə gündür Vidadi İsgəndərlinin durumu pisləşib. Onun zəhərlənə biləcəyindən şübhələnirlər.

Riyad Əliyev isə JAM.AZ-a bildirib ki, hüquqlarını qoruyan şəxslə bağlı məsələni Almaniya parlamentində müzakirəyə çıxarılması üçün çalışır. Onun sözlərinə görə, artıq bütün dəlil və sübutlar parlamentə təqdim edilmək üçün hazırdır və yaxın günlərdə bu addım atılacaq.

Bildirək ki, məsələ ilə bağlı Vidadi bəyin özü ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.