Heydər Babayevin bağından oğurluq » Memur.az

Heydər Babayevin bağından oğurluq

Heydər Babayevin bağından oğurluq

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin başına yeni iş gəlib

Sabiq nazirin Bakının Mərdəkan qəsəbəsində böyük bağ evi var. Sabiq nazirin həmin bağ evində bir çox ekzotik heyvanlarla yanaşı, uzun illərdir quş saxlatdırdığı bildirilir.

Məlumatda qeyd edilir ki, H.Babayevin bağında sayı yüzlərlə ölçülən quşları var və sabiq nazir Bakıda olduğu müddətdə gününü həmin quşların necə uçmasına, quşbazların dili ilə desək “toçka”dakı manevrlərinə, xam quşları necə bağına endirməsinə tamaşa eləməklə keçirir. Məlumatda bildirilir ki, sabiq nazirin quşları arasında çox baha qiymətə olanları var və H.Babayev onları ən qiymətli “xəzinəsi” hesab edir.

Xəbərdə qeyd olur ki, bir müddət əvvəl sabiq nazirin ən çox sevdiyi bahalı quşlarının çoxu oğurlanıb, yaxud “xam” kimi başqa quşbaz tərəfindən “dumana salınıb”. Sabiq nazirin bu hadisədən çox pis olduğu və qəzəbləndiyi bildirilir. Sabiq nazirin ən sevimli quşlarının oğurlanması onun bağındakı nəzarətçilərə baha başa gəlib və onlar cəzalandırılıb.

Sabiq nazir quşlarının tapılmasına çalışır.(gunxeber.com)