Rövşən Tağıyev: "BUAK azərbaycanlı iş adamının qətli ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib" » Memur.az

Rövşən Tağıyev: "BUAK azərbaycanlı iş adamının qətli ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib"

Rövşən Tağıyev: "BUAK azərbaycanlı iş adamının qətli ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib"

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) azərbaycanlı iş adamı, Azərbaycan diasporunun liderlərindən biri olan İlham Tağıyevin Xersonda öldürülməsi ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib. Bu barədə "Report"a BUAK sədri Rövşən Tağıyev bildirib.
"İ.Tağıyev yarımfabrikatların istehsalı ilə məşğul olan "Polesye" şirkətinin regional nümayəndəsi idi. İlham Tağıyevin qətlinin onun biznesi ilə əlaqəli olduğunu düşünürəm", - R.Tağıyev qeyd edib.
Xatırladaq ki, avqustun 17-nə keçən gecə Ukraynanın Xerson şəhərində Azərbaycan diasporunun liderlərindən biri İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib. Naməlum şəxslər onu ölümcül döyüb, daha sonra mənzilinə daxil olublar.