Beyləqan sakini qohumunu güllələyib » Memur.az

Beyləqan sakini qohumunu güllələyib

Beyləqan sakini qohumunu güllələyib

Beyləqan rayon sakini münaqişə zəminində qohumunu güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu Xəqani Bəyişova xəsarət yetirib.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Bəyişov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi “TOZ” markalı tüfəng götürülüb.